Əsas məzmuna keç
Data+ Events

Azərbaycan Kikboksinq Federasiyası

Dinamik AKF Reytinq Sistemi

Daha çox iştirak • Daha yaxşı nəticə • Daha güclü Azərbaycan kikboksinqi

2026 mövsümü

1 · Sistemin məqsədi

  • İdmançıların yarışlarda iştirakını artırmaq
  • Davamlı inkişafı və sağlam rəqabəti təmin etmək
  • Klubların aktivliyini və keyfiyyətini yüksəltmək
  • Milli komanda üçün daha geniş baza formalaşdırmaq
  • Kikboksinqin kütləviliyinə və populyarlığına töhfə vermək

2 · Əsas prinsiplər

  • Çəki dəyişəndə xal silinmir
  • Bütün rəsmi yarışlardan qazanılan xallar toplanır
  • Yaş qrupu üzrə ümumi reytinq müəyyən olunur
  • Hər yarışın səviyyəsinə görə əmsal tətbiq edilir
  • Nəticə göstərmək daha çox xal qazandırır
  • Klubların təşkil etdiyi akkreditə edilmiş yarışlar da reytinqə daxil olur
  • Sistem şəffaf, sadə və başa düşülən olur

3 · Yaş qrupları — 2026 mövsümü

Yaş qrupuTəvəllüd illəri
U62021–2022
U72020–2021
U82018–2019
U92016–2017
U112014–2015
U132012–2013
U152010–2011
U172008–2009
U192006–2007
Böyüklər2005 və daha əvvəl

İdmançı mövsüm boyu təvəllüd ilinə görə bir yaş qrupunda qalır.

4 · Nəticəyə görə baza xallar

İştirak

1

xal

1/4 final (qələbə)

3

xal

1/2 final (finala çıxma)

5

xal

3-cü yer

3

xal

2-ci yer

8

xal

1-ci yer (çempion)

10

xal

Hər kateqoriyada idmançı çatdığı ən yüksək mərhələnin xalını alır (xallar mərhələlər üzrə toplanmır).

Rəqibsiz keçid (BYE) qələbə sayılmır: mərhələ xalı yalnız real döyüşdə qalibiyyətə verilir.

Kateqoriyada heç bir döyüş keçirməyən idmançı (kateqoriyada tək, və ya yalnız BYE / rəqibin gəlməməsi ilə irəliləyən) reytinq xalı almır: nəticə siyahıda "rəqibsiz" qeydi ilə göstərilir.

5 · Yarışın səviyyəsinə görə əmsal

Yarışın səviyyəsiƏmsalNümunə (1-ci yer)İştirak
Ölkə daxili yarışlar
Akkreditə edilmiş klub reytinq yarışı ×1 10 xal 1 xal
Regional AKF Kuboku ×1.5 15 xal 1.5 xal
Azərbaycan Kuboku ×2 20 xal 2 xal
Respublika Çempionatı ×3 30 xal 3 xal
Beynəlxalq yarışlar (nəticələri federasiya daxil edir)
Beynəlxalq açıq turnir ×3 30 xal 3 xal
WAKO Avropa Kuboku / Dünya Kuboku ×4 40 xal 4 xal
WAKO Avropa Çempionatı ×5 50 xal 5 xal
WAKO Dünya Çempionatı ×6 60 xal 6 xal

Reytinq xalı = baza xal × yarışın səviyyə əmsalı. Yalnız federasiyanın reytinqə daxil etdiyi yarışlar sayılır.

6 · Çəki dəyişməsi necə tənzimlənir?

İdmançı il ərzində çəkisini dəyişsə belə, əvvəlki bütün xalları saxlanılır və yaş qrupu üzrə ümumi reytinqə əlavə olunur. Çəki üzrə nəticələr ayrıca göstərilir.

Nümunə: U9 idmançısı üç çəkidə birinci olub

26 kq → 10 · 28 kq → 10 · 30 kq → 10 = 30 xal

7 · Bərabər xal olduqda

  1. Daha çox xal
  2. Daha yüksək ən yaxşı tək nəticə (adətən daha yüksək səviyyəli yarışdan)
  3. Daha çox 1-ci yer
  4. Daha çox 2-ci yer
  5. Daha çox 3-cü yer
  6. Daha az məğlubiyyət
  7. Qarşılıqlı görüşün nəticəsi (iki idmançı bərabər olduqda)
  8. Yenə bərabərdirsə, eyni yeri bölürlər

8 · Klubların yarışları — AKF reytinq yarışı akkreditasiyası

  1. Klub AKF-yə müraciət edir
  2. Yarışın formatı və qaydaları təsdiqlənir
  3. Hər idmançı üçün reytinq haqqı ödənilir
  4. Yarış keçirilir və nəticələr AKF-yə təqdim edilir
  5. Nəticələr Dinamik AKF Reytinqinə daxil edilir

Reytinq haqqı

5 AZN / idmançı

və ya ümumi iştirak haqqının 10–20%-i (razılaşma əsasında)

  • AKF qaydalarına uyğun keçirilməsi
  • Lisenziyalı hakimlərin iştirakı (tövsiyə olunur)
  • Təhlükəsizlik və tibbi tələblərə əməl olunması
  • Nəticələrin AKF-yə təqdim edilməsi
  • Elektron nəticə sistemi məcburi deyil: AKF-nin təsdiqlədiyi alternativ nəticə forması istifadə oluna bilər

9 · Mövsümün yekunu

İlin sonunda hər yaş qrupunun ilk 3 idmançısı və hər çəkinin ilk 1 idmançısı federasiyanın ilin yekun tədbirinə dəvət olunur və mükafatlandırılır.

Əminsiniz?